CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçkimizi zəhərə döndərən daha bir biznesmenin "kitabı bağlandı"

Abunə olmaq
Yuyulmamış şüşələrin yuyulmuşlardan fərqi yoxdur

BAKI, 22 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində monitorinqləri davam etdirir. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşviq oğluna məxsus sexdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiMustafayev Mübariz Müşviq oğluna məxsus sex
İçkimizi zəhərə döndərən daha bir biznesmenin kitabı bağlandı - Sputnik Azərbaycan
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex

"Gülazar" əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiMustafayev Mübariz Müşviq oğluna məxsus sex
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex - Sputnik Azərbaycan
1/3
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex
© Facebook / Azərbaycan Qida Təhlükəsizliyi AgentliyiMustafayev Mübariz Müşviq oğluna məxsus sex
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex - Sputnik Azərbaycan
2/3

3/3
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex
1/3
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex
2/3
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex
3/3
Mustafayev Mübariz Müşviq oğluna məxsus sex

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0