04:11 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Gürzə. Arxiv şəkli

Yayın zəhərli bəlası: gürzələr uşaqları hədəf alıb

© Sputnik / Aleksandr Kryazhev
CƏMİYYƏT
Qısa URL
114 0 0

Həm Bakıda, həm bölgələrdə gürzələr fəallaşıb

BAKI, 22 iyul — Sputnik. İki ay ərzində ilansancmaya görə 30-dan artıq müraciət daxil olub.

 Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, müraciət edənlər arasında azyaşlılar da olub: "İyun ayında ilansancmaya görə 21, iyul ayında isə 14 müraciət daxil olub. Onlar arasında 3 azyaşlı olub".

"İyunda müraciət edənlərdən 4-nün, iyulda isə 5-nin vəziyyəti ağır olub. Ölüm hadisəsi qeydə alınmayıb".

A.Maqsudov bildirib ki, müraciətlər həm Bakıdan, həm də bölgələrdən daxil olub. Müraciət edənlərin hamısını gürzə ilanının sancdığı bildirilir.

Əsas mövzular