14:24 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Yeni sərnişin avtobusları, arxiv şəkli

Bakı əhli üçün "extra large" sevincin tərs üzü - "Özümüz çətinləşdiririk"

© REPORT
CƏMİYYƏT
Qısa URL
489 0 0

Avqustdan etibarən bakılıların avtobuslarda "mehribanlaşmaq"dan canı qurtaracaq. Amma bu "sürpriz"i minik maşınlarının sürücüləri də bəyənəcəklərmi?

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Avqust ayında Bakıda sərnişindaşımada fəaliyyət göstərmək üçün uzunluğu 12-18 metr olan 300 yeni avtobus gətiriləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
© Sputnik / Murad Orujov
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq Türkiyənin "BMC Otomotiv Sanayi ve Ticaret" AŞ şirkətindən avtobuslar alınıb:

"Bakıya gətirilən həmin avtobuslar əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcək. Müasir standartlara cavab verən, kondisionerli avtobuslar eyni zamanda Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə də buraxılacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir".

M.Ağayev qeyd edib ki, ötən il Bakıda avtobus parkının yeilənməsi ilə bağlı prezidentin sərəncamı olub. Həmin sərəncama uyğun olaraq 300 ədəd avtobus alınıb. Avtobuslar gələn ay Bakıya gətiriləcək. Onlardan 180 ədədi 12 metrlik, 120-si isə 18 metrlik olacaq.

Avtobuslar təkcə şəhər mərkəzində deyil, qəsəbələrdə də istismara veriləcək.

Nəqliyyat eksperti Eldəniz Cəfər
Nəqliyyat eksperti Eldəniz Cəfər

Nəqliyyat eksperti Eldəniz Cəfər məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı və Bakıətrafı kəndlərdə ictimai nəqliyyatın çatışmazlığı problemi hər zaman olub: "Bakı əhalisi hər zaman bu problemdən əziyyət çəkib. Əvvəllər bu məsələ daha kəskin idi. Son zamanlar Bakı şəhərində kəskin olan problemlər aradan qaldırılıb. Ancaq köhnəlmiş avtobuslarla bağlı narazılıqlar hələ də qalır".

Ekspert hesab edir ki, gətiriləcək avtobusların uzunluğu heç bir narahatlıq törətmir. Əksinə, avtobuslar iritutumlu və böyük olmalıdır ki, vətəndaşların rahatlığı təmin edilsin.

"Nəqliyyat vasitəsinin uzunluğu problem deyil, problem nəqliyyat vasitələrinin hərəkət etdiyi küçələrin tənzimlənməsindədir. Bilirsiniz, Bakı paytaxt şəhəridir və burada hərəkət etmək, demək olar ki, mümkün deyil. Buna səbəb parkinq və dayanacaqların təmin edilməməsi, bir zamanlar tikintilərin (yaşayış binaları, biznes mərkəzlərinin) nəzarətsiz şəkildə aparılmasıdır. Tikinti zamanı qurumlar tərəfindən heç bir tələb irəli sürülməyib. Bu tələblər ondan ibarətdir ki, hər hansı bir yaşayış binası, biznes mərkəzi tikilirsə, onun qarşısında dayanacağı olmalı idi. Təəssüf ki, bu tələblərə vaxtında riayət edilməyib və indi də Bakı şəhərində məhz buna görə hərəkət etmək çox çətindir. Biz bunu daha çox ictimai nəqliyyatın hərəkətində müşahidə edirik.

 Sürücülər çox böyük çətinliklə hərəkət edirlər. Ancaq yenə də kiçik avtobusların olmasındansa, belə böyük avtobusların olması daha yaxşıdır".

Eldəniz Cəfər vurğulayıb ki, yeni nəqliyyat vasitələrinin uzun olması sərnişinlər üçün rahat olsa da, hərəkətdə müəyyən problemlər müşahidə edilə bilər.

Onun sözlərinə görə, avtobus gətirilənə qədər yeni standartların təsdiq edilməsi yaxşı olardı: "Əhalinin kütləvi gəlib-getdiyi yerlərin, ticarət obyektləri, restoranlar, yaşayış evlərinin tikintisi zamanı bu obyektlərin yoldan 20-30 metr uzaqlıqda olması və qarşısında park yerlərinin ayrılması vacibdir. Bəzi qurumlar bunu nəzərə almır. Məsələn, Həsən Əliyev küçəsində dövlət qurumu var. Amma onun qaşısında parklama yeri yoxdur. Vətəndaş hər-hansı bir arayış üçün buraya gələndə avtomobilini harada saxlamalıdır? Orada bərbad bir vəziyyət yaranıb. Hərəkət etmək mümkün deyil. Bakıda yolları özümüz çətinləşdiririk, tıxacları özümüz yaradır və sonra sürücüləri cərimələyirik. Belə laqeydlik davam edərsə, şəhərimizə yeni avtbusların gətirilməsindən asılı olmayaraq, yolları tənzimləmək çox çətin olacaq".

Teqlər:
Bakı, nəqliyyat, avtobus

Əsas mövzular