15:16 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Biznesmen, arxiv şəkli

Biznesdə gender disbalansı: kişilər qadınlardan dörd dəfə çoxdur

CC0 / rawpixel / Businessmen
CƏMİYYƏT
Qısa URL
1154 0 0

Azərbaycanın özəl sahibkarlıq sektorunda ciddi gender disbalansının mövcuddur

 

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Dövlət strukturları tərəfindən qadın sahibkarlara diqqət və qayğının göstərilməsinə baxmayaraq, Azərbaycanın biznes sferasında onların sayı kişilərdən dəfələrlə azdır.

AR Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1 iyul 2019-cu ilədək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 880 min nəfər fiziki şəxs kimi qeydiyyatdan keçib. Onların 78,4%-ni kişilər, 21,6%-ni isə qadınlar təşkil edir.

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə görə, ölkədə sahibkarların sayı il ərzində 65 min nəfər, yaxud 7,98% artıb.

Sahibkar xanımların sayı 15,308 min nəfər, yaxud 8,76% artaraq 190,133 minə çatıb. Eyni zamanda qadın sahibkarların sayının artım tempi kişi biznesmenlərin say artımını ötüb-keçib.

Qadın sahibkarlar əsasən öz bizneslərini kənd təsərrüfatı (32,4%) və ticarət (22,7%) sahəsində açırlar.

DSK-nın məlumatına görə, 2018-ci ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı 842,277 min nəfər olub. Onların 78,5%-i kişi, 21,5%-i isə qadın sahibkarlardır. Bu mənzərə Azərbaycanın özəl sahibkarlıq sektorunda ciddi gender disbalansının mövcud olduğunu göstərir. İş sahəsində qadınların sayı kişilərin sayından təqribən 4 dəfə azdır.

Əsas mövzular