15:21 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Bakı

Təbiət istirahət günü zarafatından qalmır

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
2078 0 0

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

BAKI, 20 iyul - Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-60%, gündüz 35-45% olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperature şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Əsas mövzular