04:00 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
115 0 0

Böyük və Kiçik Qafqazda yaxın iki gündə hava yağmursuz keçəcək, qərb küləyi əsəcək, havanın temperaturu dağətəyi rayonlarda 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək

BAKI, 19 iyul — Sputnik. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə hava yağmursuz keçəcək, qərb küləyi əsəcək, havanın temperaturu dağətəyi rayonlarda 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə olunacaq, şərq küləyi əsəcək, havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq, qərb küləyi əsəcək, havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq, qərb küləyi əsəcək, havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə olunacaq, şimal-qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Əsas mövzular