CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sarı zolaqla hərəkət sizə baha başa gələcək

© AZƏRTACBakı yollarında sarı zolaq
Bakı yollarında sarı zolaq - Sputnik Azərbaycan
Abunə olmaq
"Tədbirlərin keçirdiyi ərazilər və eyni zamanda sarı rənglə çəkilmiş avtomobil yolları müşahidə kameraları ilə nəzarətdə saxlanacaq"-deyə Əsədov bildirib.

BAKI, 19 iyul — Sputnik. "Sarı zolaq"larla qeyd olunan tarixlərdə hərəkət etmək inzibati xəta tərkibi yaradır.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Bakı yollarında sarı zolaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun

O, bildirib ki, qanunverciliyə əsasən nəzərdə tutulan tarixlərdə "sarı zolaq"la hərəkət edən avtomobil sürücləri 40 manat məbləğində cərimə ediləcək.

"Tədbirlərin keçirdiyi ərazilər və eyni zamanda sarı rənglə çəkilmiş avtomobil yolları müşahidə kameraları ilə nəzarətdə saxlanacaq"-deyə Əsədov bildirib.

Xatırladaq ki, "Baku 2019" Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq, iyulun 20-dən 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdırlar.

Xəbər lenti
0