16:34 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
120 0 0

Əlli səkkiz yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub

 

BAKI, 18 iyul — Sputnik. Bu il “Azəriqaz” İctimai Birliyi respublikanın 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb. Sputnik Azərbaycan-a "Azəriqaz" İB-dən verilən xəbərə görə, cari ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub.

Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində mart-iyul aylarında qazlaşdırma tam başa çatıb və ümumilikdə 2569 fərdi ev qazla təmin edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli Fərmanı ilə regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 53,5 milyon manat vəsait ayrılıb. “Azəriqaz” İB olaraq bildiririk ki, istismara hazır olan məntəqələr (kənd və qəsəbələr) barədə mütəmadi olaraq məlumatlar veriləcək.

Əsas mövzular