CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtobusların yolu dəyişir, diqqətli olun

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus
Автобус ООО BakuBus - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda 15 marşrut avtobusunun yolu müvəqqəti olaraq dəyişəcək

BAKI, 18 iyul — Sputnik. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Трактор вспахивает поле, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Nəqliyyat vasitəsi bu dəfə də kənd sakininin başına dərd açdı

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək: “18-28 iyul tarixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik olunacaq”.

BNA rəsmisi eyni zamanda qeyd edib ki, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemində də dəyişiklik ediləcək.

Xəbər lenti
0