CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məmur olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək – Elektron formada

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar

BAKI, 18 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
CƏMİYYƏT
İmtahan Mərkəzi 400 ballıq imtahanın gününü təyin etdi

Sputnik Azərbaycan DİM-ə istinadla məlumat verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 19 iyul tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 19 iyul saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.

Xəbər lenti
0