CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının dərdi var, Bakı xəstədir: Paytaxtın hər şeyi düzəlib, qalıb “ipəzor” problemi

© SputnikЦентр города. Женщина развешивает белье на балконе старинной усадьбы.
Центр города. Женщина развешивает белье на балконе старинной усадьбы. - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar memar bildirir ki, paytaxtın görünüşü pozulur, amma şəraitin olmadığını da etiraf edir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) yaşayış binalarının fasadlarında asılan qurutma zivələri ilə bağlı paytaxt sakinlərinə müraciət edib. Müraciətdə bildirilir ki, paytaxtda yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır, şəhərin görünüşünə xələl gətirir.

BŞBPİ-nin bu müraciəti cəmiyyətdə birmənalı qarşılanmayıb. Kimisi Bakıda yaşayış binalarının fasadlarında qurutma zivələrinin vurulmasının estetik baxımdan şəhərin görkəminə xələl gətirdiyini düşünür, kimisi də bunu kiçik məişət problemi hesab edərək qadağa tətbiq etməyin düzgün olmadığını söyləyir.

Дорожно-транспортного происшествие на территории Международного аэропорта Гейдар Алиев - Sputnik Azərbaycan
HADİSƏ
Bakı aeroportunda qəribə qəza – Yük maşını hava limanı binasına dəydi

Sputnik Azərbaycan-ın əməkdaşı problemdən çıxış yolunu araşdırıb. Əməkdar memar Feyzulla Quliyev açıqlamasında bildirib ki, Bakı, paytaxt şəhəri, qonaqlı-qaralı olduğundan, yaşayış binalarının fasadlarına zivələrin vurulması, paltarların asılması estetik baxımdan görünüşü korlayır. F.Quliyev bunun memarlıq tələbləri baxımından da düzgün olmadığını söyləyir. Bununla belə, memar Bakıdakı yaşayış binalarının mütləq əksəriyyətində paltar qurutmaq üçün şəraitin olmadığını etiraf edir. Həmsöhbətimiz deyir ki, sovet dövründə bəzi çoxmərtəbəli binaların damında qurutma otaqları olub: "Həmin dövrdə yaşayış binalarında məişət boruları da vardı. Sakinlər təmir işləri apardıqca, o boruları daş-kəsəklə doldurdular. Artıq illərdir ki, Bakıda sakinlər paltarı binanın fasadına vurulan zivələrdə qurudurlar. Buna da səbəb Bakıda binaların eyvanlarının bağlanmasıdır. Bu gün elə binalar var ki, orada paltarı eyvanda qurutmaq mümkündür. Amma elələri də var ki, eyvanı yoxdur. Belə sakinlər məcburdur ki, binanın fasadına zivə vurub paltarlarını orada qurutsunlar".

F. Quliyevin sözlərinə görə, inkişaf etmiş xarici ölkələrin iri şəhərlərinin çoxunda yaşayış binası inşa edilərkən bu məsələ nəzərə alınır: "Binaların zirzəmilərində paltar qurutmaq üçün yerlər inşa olunur. Bundan əlavə, xarici ölkələrin çoxunda insanlar paltarlarını təmizlik üçün camaşırxanalara verirlər. Mənzillərdə qurutma otaqları olur. Bizdə də düşünürəm ki, bu mədəniyyət formalaşmalıdır".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə problemdən çıxış yolunu binaların həyətində zivələrin asılmasında görür: "Yaşayış binalarının fasadlarına vurulan zivələr, asılan paltarlar estetik baxımdan görünüşü korlayır. Ona görə də, mən də çox arzulayardım ki, Bakı paytaxt şəhər olduğundan, binaların fasadında paltar asmaq ənənəsinə tədricən son qoyulsun. Yaşayış binalarının fasadına vurulan zivələri sökmək, paltar asmağı birdən-birə qadağan etməyin də tərəfdarı deyiləm. Mənim fikrimcə, bu işə polisin qarışması düzgün deyil. 

Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
HADİSƏ
Bakı şəhər Baş Polis İdarəsi təkzib etdi - Elə şey olmayıb
Bu gün əhaliyə polisin müraciət etməsinin səbəbi odur ki, sakinlər mənzil istismar sahələrinin tövsiyəsinə əməl etmirlər. Amma yaxşı olardı ki, bu məsələni bələdiyyələr həyata keçirsin. Kimin eyvanı varsa, onlar paltarlarını eyvanda qurutsunlar. Kimin eyvanı yoxdursa, binaların həyətində zivələr üçün yerlər ayrılsın, həmin insanlar paltarlarını həyətdə quruda bilsinlər. Çünki yaşayış binalarının çoxunun damında artıq paltar qurutma yerləri ləğv olunub. İnsanların mənzil sahəsi o qədər böyük deyil ki, xarici ölkələrdəki kimi bir otağı paltar qurutmağa ayırsınlar. Məsələni elə həll etmək lazımdır ki, "nə şiş yansın, nə də kabab". Sakinlər üçün də problem yaranmasın".

Necə deyərlər, vardı hər yarağımız, qalmışdı... “ipəzor” problemimiz.

Xəbər lenti
0