CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan qaçqın statusu istəyənlərin sayı yarıbayarı artıb

© Sputnik / Tarana KhudabakhshiyevaDövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə gələn şəxslərin sayı da xeyli artmaqdadır

BAKI, 18 iyul — Sputnik. "2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanlarda 14 faiz artım müşahidə olunur".

Aralıq dənizində miqrantlar - Sputnik Azərbaycan
Yenə də qaçqın faciəsi – 70 nəfər dənizdə batdı

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Dövlət Miqrasiya Xidmətinin cari ildə 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransda Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov söyləyib.

Onun sözlərinə görə, bundan başqa, son 6 ayda qaçqın statusu üçün müraciətlər 53 faiz artıb: "Eyni zamanda, 6 ay ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var. Ötən yarım il ərzində vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb".

Xəbər lenti
0