CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik əməkdaşlarına medallar verdi

© © AR Ministry of Labour and Social Protection of the PopulationƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə  təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident əmək bazarı ilə bağlı fərman verdi: yeni qurum yaradılır
  Sputnik Azərbaycan-a nazirlikdən daxil olan xəbərə görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident cənab İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Nazir eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə cənab Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, 22 iyun 2019-cu il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü, dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.

Xəbər lenti
0