05:46 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
92 0 0

Azərbaycanda boşanmaların sayında artım olub

BAKI, 17 iyul — Sputnik. Bu ilin 5 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23684 nikah və 7082 boşanma halları qeydə alınıb. Məlumata görə, eyni zamanda əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayında artım olub.  Belə ki, qeyd olunan dövrdə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əsas mövzular