CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təyyarə quş ilə toqquşdu

Abunə olmaq
Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur

BAKI, 17 iyul — Sputnik. Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus 320" təyyarəsi quş ilə toqquşub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun "Facebook" səhifəsində qeyd olunub.

Bildirilib ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

Xəbər lenti
0