07:13 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Beş yaşlı uşağa tam bilet satan kassir cəzalandırıldı

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
29 0 0

Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik

BAKI, 17 iyul — Sputnik. Bakı avtovağzalında 5 yaşlı uşağa tam bilet satan kassir cəzalandırılıb.

Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın verdiyi məlumata görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb: "Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassir barəsində ciddi ölçü götürüldü".

P.Məmmədova əlavə edib ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq: "Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. Özbaşınalıq o zaman olardı ki, məsələ tam diqqətdən kənar qalardı".

Əsas mövzular