CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sarı zolaq qadağası gəlir, əməl etməyənlər cərimə olunacaqlar

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidНанесение новой дорожной разметки
Нанесение новой дорожной разметки - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 20-dən 28-ə kimi paytaxt yollarında, küçələrdə çəkilən sarı zolaqlarda avtomobillərin hərəkəti qanunvericiliklə müəyyən olunmuş inzibati xəta tərkibi yaradır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik.  Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolaq" tətbiq ediləcək. Artıq yollarda sarı zolaqların çəkilməsi ilə bağlı işlər yekunlaşıb.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, oyunlar ərəfəsində iyulun 20-dən 28-ə kimi paytaxt yollarında, küçələrdə çəkilən sarı zolaqlarda avtomobillərin hərəkəti qanunvericiliklə müəyyən olunmuş inzibati xəta tərkibi yaradır.

"Paytaxt sürücülərindən iyulun 20-28 tarixlərində həmin yollardan istifadə etməmək xahiş olunur. Hərəkət iştirakçılarına tövsiyə edilir ki, nəzərdə tutulan tarixlərdə hərəkətin təhlükəsizliyinə əməl etsinlər".

Xəbər lenti
0