CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan Sarayına nəzarət edəcək qurumun Nizamnaməsi təsdiqləndi

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir
Şəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi artıq fəaliyyət göstərir

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi" təsdiq edilib. Sputnik Azərbaycanın-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Tədris Cərrahiyyə Klinikasında ürəyində 5 qüsuru olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəkidə xəsarət alan daha bir xəstə əməliyyat olundu - ÖZƏL

Qərara əsasən, "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Mərkəz ictimai əhəmiyyət daşıyan, həmçinin bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin fəaliyyətinin məqsədləri qoruqlarda tarix və mədəniyyət abidələrinin, mədəni irsin qorunması, qoruqların ərazisi üçün müəyyən olunmuş rejimi saxlamaqla abidələrin tarix və mədəni cəhətdən öyrənilməsi, toxunulmazlığının təmin edilməsi, qoruqların turizm yönümlü istifadəsinin təmin edilməsi, qoruqların öz gəlirləri hesabına idarə olunması və maliyyə mənbələrinin diversifikasiyasının təşviqi, qoruqlarda dayanıqlı idarəçiliyin təmin edilməsidir. Mərkəz qoruqlar sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, qoruqlar sahəsinə aid fəaliyyətin planlaşdırılması, nəzarət və əlaqələndirmə işlərini, qoruqların ərazilərində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir, qoruqların ərazilərində yerləşən abidələrin qorunub saxlanılmasını, toxunulmazlığını təmin edir, qoruqların ərazilərində turizm infrastrukturunun yaradılması və idarə olunması işini təşkil edir.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi artıq fəaliyyət göstərir. NK-nın qərarı ilə Mərkəzin nizamnaməsi təsdiqlənib.

Məlumat üçün onu da qeyd edək ki, Mərkəzin tərkibinə "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla), "Kiş" Tarix-Memarlıq Qoruğu daxildir.

Xəbər lenti
0