10:54 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
İmtahan prosesi, arxiv şəkli

DİM səhvinin bir hissəsini etiraf etdi, 51 abituriyentin qiyməti dəyişdi

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
30 0 0

Fizika və kimya fənləri üzrə sualların cavablarında da dəyişiklik var

 

BAKI, 16 iyul — Sputnik. Ali təhsil müəssisələrinə 23 iyun 2019-cu ildə keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 449 abituriyent (bütün imtahan verənlərin 1,87%-i) 1500-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir ki, Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilib və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 51 abituriyentin (bütün imtahan verənlərin 0,21%-i) cəmi 54 tapşırıq (bütün tapşırıqların 0,025%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Apelyasiya Komissiyasının qərarı ilə fizika fənni üzrə situasiya məsələsinin üçüncü tapşırığının (I qrup üzrə 60, IV qrup üzrə 90 nömrəli tapşırıq) qiymətləndirmə meyarının 1 ballıq şkalasında B bəndində əks olunan hallardan \cup = \frac{3}{2}\Delta \rho \upsilon halı 2 (tam) ballıq şkalaya keçirilib və yazı işi bu hala uyğun olan 370 şagirdin nəticəsində müvafiq dəyişiklik edilib. Həmçinin, Apelyasiya Komissiyasının qərarı ilə I ixtisas qrupunda kimya fənni üzrə situasiya məsələsinin birinci tapşırığına (B və D variantlarında 88 nömrəli) cavab olaraq "amorf kükürd" yazmış 39 şagirdin həmin tapşırıq üzrə işi 2 (tam) balla qiymətləndirilib.

Qəbul imtahanı, arxiv şəkli
© Sputnik / Rahim Zakiroghlu

Abituriyentlərin (o cümlədən Apelyasiya Komissiyasına müraciət etməmiş, lakin qeyd olunan tapşırıqlarla bağlı qiymətləndirmə meyarlarına edilən dəyişikliklə əlaqədar nəticələri dəyişən) nəzərinə çatdırırıq ki, lazımi dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb və imtahan nəticələri yenilənib. Nəticələri dəyişən və Apelyasiya Komissiyasına müraciət etməyən şəxslərin telefon nömrələrinə bununla bağlı SMS xəbərdarlıq göndərilib.

Məlumat üçün bildiririk ki, I və IV qruplar üzrə qəbul imtahanlarında 24000-dən çox şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 216000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

Əsas mövzular