CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan diploma layiq görüldü

© Sputnik / Murad OrujovОфис Sputnik Azərbaycan
Офис Sputnik Azərbaycan - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistlər Fondun mətbuatla əməkdaşlıqda səmərəli fəaliyyətindən söz açıb, qurumun mediaya informasiya açıqlığı ilə seçildiyini bildiriblər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Azərbaycan Gənclər Fondu Sputnik Azərbaycan-ı Milli Mətbuatın yaranmasının 144-cü ildönümü və fəal əməkdaşlığa görə diplomla təltif edib. Diplomu Sputnik Azərbaycan-ın əməkdaşına Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov təqdim edib.

© Sputnik / Murad OrujovAzərbaycan Gənclər Fondu Sputnik Azərbaycan-ı Milli Mətbuatın yaranmasının 144-cü ildönümü və fəal əməkdaşlığa görə diplomla təltif edib
Sputnik Azərbaycan diploma layiq görüldü - Sputnik Azərbaycan
Azərbaycan Gənclər Fondu Sputnik Azərbaycan-ı Milli Mətbuatın yaranmasının 144-cü ildönümü və fəal əməkdaşlığa görə diplomla təltif edib

Azərbaycan Gənclər Fondunun Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə düzənlədiyi tədbirdə çıxış edən F.Cəfərov jurnalistləri təbrik edib, hər birinə peşə fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra F. Cəfərov jurnalistlərlə bir masa arxasında əyləşərək səmimi ortamda söhbət edib. Jurnalistlər Fondun mətbuatla əməkdaşlıqda səmərəli fəaliyyətindən söz açıb, qurumun mediaya informasiya açıqlığı ilə seçildiyini bildiriblər. Mətbuat nümayəndələri buna görə, Azərbaycan Gənclər Fondunun mətbuat katibi Şəfa Mehmanqızına da minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti
0