08:04 08 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Şəki Xan sarayı, arxiv şəkli

Xan Sarayını nə qədər turist ziyarət edib - STATİSTİKA

© Sputnik / Nigar Maharram.
CƏMİYYƏT
Qısa URL
32 0 0

Təkcə iyun ayında Xan Sarayını ziyarət edənlərin sayı 24 min nəfər olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyun ayında Şəki Xan Sarayını 24021 nəfər ziyarət edib. Onlardan 8800 nəfəri xarici ölkələrin vətəndaşı, 15221 nəfəri isə Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, iyulun 7-də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

İyulun 14-də isə Xan Sarayının qarşısında bitən 500 yaşlı Xan çinarının budağı qırılaraq ərazidəki turistlərin üzərinə düşüb. Nəticədə, 1 nəfər ölüb, 20-yə yaxın insan xəsarət alıb.

Əlaqədar

Xan sarayında xəsarət alan turistlərdən biri əməliyyat olundu – REPORTAJ
Şəki Xan Sarayındakı faciə ilə bağlı daha bir addım atıldı
Şəki Xan Sarayında heç kəsin gözləmədiyi faciə – VİDEO
Xan Sarayında baş verən olayda yaralanan iki nəfər hələ də Şəkidədir

Əsas mövzular