18:44 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Cərrahiyyə əməliyyatı, arxiv şəkli

Şəkidə xəsarət alan daha bir xəstə əməliyyat olundu - ÖZƏL

© ATU-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
38 0 0

Suriyalı vətəndaş əməliyyat olundu

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Bir neçə gün öncə Şəki Xan Sarayının qarşısındakı 500-ə yaxın yaşı olan Xan çinarı ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan turistlərdən biri bu gün əməliyyat olunub. Sputnik Azərbaycan-a bu barədə suriyalı ailənin 3 üzvünün yerləşdirildiyi “City Hospital”ın direktoru Bayram Qorçiyev məlumat verib.

O bildirib ki, bu gün 1965-ci il təvəllüdlü Samirə Al Hasanın əməliyyatı həyata keçirilib: "Həmin xəstəyə sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Ötən gün həmin xəstənin şəkəri və yüksək təzyiqi vardı. Bu səbəbdən də müayinə və müalicə aparılırdı. Artıq bu gün əməliyyat uğurla icra olunub, hazırda xəstənin vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, ötən gün isə adıçəkilən xəstəxanada suriyalı ailənin övladı olan 1998-ci il təvəllüdlü Sara Al Hasanın sağ bud sümüyünün cisminin ikili yerdəyişməli sınığı üzrə əməliyyat aparılıb. Xəstədə sağ bud sümüyünün ostisentez əməliyyatı icra olunub. Ailənin başçısı, 1952-ci il təvəllüdlü Farik Al Hasana isə sol incik sümüyünün sınığı diaqnozu qoyulsa da, o hələ ki, əməliyyat olunmayıb.

Qeyd edək ki, iyunun 14-də baş verən hadisədən bir gün sonra, yəni ötən gün səhər saatlarında suriyalılar Sara Al Hasan, Farik Al Hasan və Samirə Al Hasan 1 saylı Kliniki Tibbi Mərkəzdən adıçəkilən xəstəxanaya təxliyə olunublar.

Əsas mövzular