CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır

© Sputnik / Nigar MaharramADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib
ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İxtisas seçimi iyulun 22-dək davam edəcək

BAKI, 16 iyul — Sputnik. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Keçmiş qurumun əmri ilə ali məktəblərə qəbul olanlar haqda məlumatlar açıqlandı
Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir ki, namizədlər müsabiqədə iştirak etmək üçün iyulun 16-dan 22-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Abituriyent olmayanlardan 36 manat alıb sınağa çəkəcəklər

Nəzərinizə çatdırırıq ki, "Rezidentura" jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

Bu nömrədə, həmçinin 2018-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

• Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

• Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Xəbər lenti
0