CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkmişlərdən xəbər var: Üç xəsarət alan...

© Sputnik / Nigar IskanderovaKliniki Tibbi Mərkəz
Kliniki Tibbi Mərkəz - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə ötən gün xəsarət alan xəstələrdən yalnız biri, 1995-ci il təvəllüdlü jurnalist İlkin Məmmədovun müalicəsi davam etdirilir

BAKI, 15 iyul — Sputnik. Şəki Xan Sarayı ərazisində baş verən qəza nəticəsində yaralanmış və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən 3-ü artıq xəstəxananı tərk edib. Sputnik Azərbaycan-a bu barədə xəstəxananın Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə məlumat verib. O bildirib ki, əcnəbi vətəndaşlar olan həmin 3 xəstə özəl klinikalara köçürülüb: "Suriya vətəndaşları olan, 1952-ci il təvəllüdlü Farik Al Hasan, 1998-ci il təvəllüdlü Sara Al Hasan və 1965-ci il təvəllüdlü Samirə Al Hasan artıq özəl xəstəxanaların birinə köçürülüb".

Qeyd edək ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə ötən gün xəsarət alan xəstələrdən yalnız biri, 1995-ci il təvəllüdlü  jurnalist İlkin Məmmədovun müalicəsi davam etdirilir. O, hazırda xəstəxananın reanimasiya şöbəsində saxlanılır.

Xəbər lenti
0