CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəziyyəti ağırlaşan Xalq artisti ölkə xaricinə aparıldı

© AFP 2023 / DHA / DOGAN NEWS AGENCY Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Üç xəstəxana dəyişən Y.Rzazadə həkimlərin ciddi nəzarətində olub. Sənətkarın mədəsində bir neçə yara aşkarlanıb

BAKI, 15 iyul — Sputnik. Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.

© AZƏRTACYalçın Rzazadə
Vəziyyəti ağırlaşan Xalq artisti ölkə xaricinə aparıldı - Sputnik Azərbaycan
Yalçın Rzazadə

Sputnik Azərbaycan reporta istinadən xəbər verir ki, o, bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri fond öz nəzarətinə götürüb. Bir müddət öncə Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırlaşıb. Üç xəstəxana dəyişən Y.Rzazadə həkimlərin ciddi nəzarətində olub. Sənətkarın mədəsində bir neçə yara aşkarlanıb.

Xatırladaq ki, 73 yaşlı Xalq artisti "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə yaddaqalan mahnılar ifa edib.

Xəbər lenti
0