CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafada "F-1" əl qumbarası tapılıb

© Sputnik / Ramil IbrahimovQapanlı kənd tam orta məktəbinin hərbi hazırlıq fənn otağındakı əl qumbaraları
Qapanlı kənd tam orta məktəbinin hərbi hazırlıq fənn otağındakı əl qumbaraları - Sputnik Azərbaycan
Abunə olmaq
Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

BAKI, 15 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0