CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü üçün hava xəbərdarlığı

Abunə olmaq
Rayonlara leysan yağacaq, dolu düşəcək

BAKI, 13 iyul — Sputnik. Azərbaycanda bazar günü üçün hava proqnozu açıqlanıb.

İyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına istinadla xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Ağac altında qalmış maşın - Sputnik Azərbaycan
HADİSƏ
Güclü külək Bakıda fəsadlar törətdi

Nisbi rütubət gecə 65-75 % , gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti təşkil edəcək.

Xəbər lenti
0