CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Vəzifəli şəxslər pis əməllərlə məşğul olmaqdansa…"

Abunə olmaq
Məmurlar nədənsə namaz qlıb, oruc tutduqlarını gizlədirlər

BAKI, 13 iyul — Sputnik. "Namaz qılmaq, oruc tutmaq İslam dininin əsas şərtlərindəndir. "Qurani Kərim"də buyrulduğu kimi, namaz, oruc hər bir müsəlman üçün vacibdir".

Sənədin imzalanması - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yüksək vəzifəli məmur işini itirdi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, son zamanlar Azərbaycan cəmiyyətində belə bir tendensiya müşahidə olunur: dinlə məşğul olan şəxslər bunu ya danır, ya da aşırı dərəcədə qabardırlar.

"Birincilərə vəzifəli şəxslər – məmur kateqoriyasından olanlar daxildir. Məmurlar nədənsə namaz qlıb, oruc tutduqlarını gizlədirlər. Araşdırmalara görə, xüsusilə orta ranqlı məmurlar arasında inanclı insanlar çoxdur.

Adının çəkilməsini istəməyən orta məmur təbəqəsindən olan şəxs bəzən inanca görə müdiriyyət tərəfindən sıxışdırıldığını iddia edir, özü kimi namaz qılan, oruc tutan həmkarlarının bunu gizlətdiklərini deyir", - deyə F.Mustafa əlavə edib.

Onun sözlərinə görə, dindar olmaqda gizlətməli məqam yoxdur: "Məsələn, mən namaz qılıram, hər cümə məscidə gedirəm, oruc tuturam və Həcc ziyarətində olmağıma baxmayaraq, yenə də getməyi planlaşdırıram. Bunu mən niyə gizlədim ki? Burada utanılmalı heç nə yoxdur axı. 

Hacı Şahin Həsənli - Sputnik Azərbaycan
İlahiyyatçı: “Gənclər din haqqında məlumatları ziyalıların dilindən eşitməlidirlər”
Əgər dinlə məşğul olmağıma görə mənə ziyan gələcəksə, qoy gəlsin. Əsas odur ki, Allahdan insana ziyan gəlməsin. Din ümumilikdə həyat tərzinə, vicdan azadlığına aid olan bir məfhumdur. İbadətini gizlədən insanlar, görünür ki, səmimi deyillər. Demokratik ölkədə yaşayırıq və insanların inanclarına görə təqib olunması deyə bir durum yoxdur".

Millət vəkili hesab edir ki, vəzifəli şəxslərin pis əməllərlə məşğul olmaqlarındansa, ibadətlə məşğul olmaları cəmiyyətə fayda verər.

"Ola bilsin ki, dar çərçivədə hansısa məmurlar bunu açıq-aşkar şəkildə etməkdən qorxurlar. Lakin Konstitusiyada hüquq və azadlıqlar var ki, insanların dini inanclarına görə fəaliyyətlərini məhdudlaşdırmaq olmaz. Vəzifədə olan şəxslər də bunu açıq şəkildə edə bilərlər. Onların ibadətlə məşğul olmaqları insanlar üçün çox faydalı olar. Belə ki, din onları cəmiyyətin müəyyən problemlərinin həll edilməsində daha vicdanlı olmağa sövq edər", - deyə F. Mustafa bildirib.

Xəbər lenti
0