20:12 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Девушка пополняет баланс проездного на платежном терминале

Paytaxt sakinlərinin işini asanlaşdıracaq yenilik var

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
337 0 0

"Bakı Kart"ın balansını bu ilin sonuna qədər onlayn artırmaq mümkün olacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər onlayn artırmaq mümkün olacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

M. Ağayev bildirib ki, artıq xeyli müddətdir ki, bu istiqamətdə iş aparılır. O, bildirib ki, bu "Bakı Kart" teminallarına da tələbatı azaldacaq. M. Ağayevin sözlərinə görə, "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir.

Qurum sözçüsünün sözlərinə görə, balansın onlayn qaydada yüklənməsi sisteminin tətbiqi, pik saatlarda terminallar qarşısında növbənin də aradan qalxmasına səbəb olacaq.

Əsas mövzular