CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenə o bağ olaydı, makler dil-dil ötəydi, evi ucuz verəydi...

© Sputnik / Murad OrujovДачи на Абшероне
Дачи на Абшероне - Sputnik Azərbaycan
Abunə olmaq
Ailə tərkibi çox olan, istirahətə getməyə maddi imkanları olmayan insanlar daha çox bağlara ümid bağlayırlar, onlarınsa kirayə qiyməti hər il ceyran belinə qalxır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Yay fəslinin gəlməsi ilə bağ evlərinin kirayə qiyməti bahalaşıb. Qış aylarında 300-400 manata təklif olunan bağ evlərinin qiyməti hazırda 1200-1500 manata qədər bahalaşıb.

Ancaq onu da əlavə edək ki, bu, "ucuz" qiymətə kirayə verilən bağların qiymətidir. Yəni 2-3 otaqlı, təmirsiz evlərdir.

Saytlarda 5000-10000 manata və daha baha kirayə qiyməti olan villa və bağlar var.

Sputnik Azərbaycan kirayə bazarındakı qiymət artımının səbəbini araşdırmağa çalışıb.

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Yenə o bağ olaydı, makler dil-dil ötəydi, evi ucuz verəydi... - Sputnik Azərbaycan
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bahalaşma ancaq yay fəslində özünü büruzə verir: "Yay fəslində tələb artır, öz növbəsində qiymətin də artmasına səbəb olur. Rayonlara və xarici ölkələrə turist səfərinə getməyə imkanı olmayan paytaxt sakinləri daha çox bağ sahələrində qalmağa üstünlük verirlər. Ailə tərkibi çox olan, istirahətə getməyə maddi imkanları olmayan insanlar daha çox bağlara ümid bağlayırlar. Bu da bağların kirayə qiymətinin daha çox artmasına səbəb olur. Belə ki, tələbata görə, yay aylarında 1200 manata verilən bağ evlərinin qiyməti qışda ən yaxşı halda 300 manat olur. Bu cür bağ sahələrinin qiyməti yay fəslində daha çox artır. Elə qışda da bahalı olan kirayə bağ evlərinin qiymətində isə 2-2,5 dəfə artım müşahidə edilir. Bu artım qısamüddətli dövrü əhatə etsə də, hər il özünü göstərir".

R.Osmanlı qeyd edir ki, kirayəsi 12 min olan villalar daha çox əcnəbilər və bir neçə təsərrüfatdan ibarət olan ailələr tərəfindən icarəyə götürülür.

"Nəzərə alaq ki, Türkiyədə, Gürcüstanda istirahət paketləri minimal olaraq 3000-5000 manata başa gəlir. Bir çox vətəndaşlar da düşünürlər ki, 10 gün müddətinə hansısa ölkəyə gedib-gəlməkdənsə, həmin məbləğə bir ay Azərbaycanda dincələ bilərlər. Bu səbəbdən vətəndaşlar belə bağ sahələrinə üstünlük verirlər", - deyə o bildirib.

Ekspert hesab edir ki, mövsümi olaraq kirayə verilən bağ evlərinin vergiyə cəlb edilməsi bir qədər problemli məsələdir. Vergi orqanlarının buna nəzarət etməsi məhduddur: "Vergilər Nazirliyinin qısamüddətli dövr üçün buna nəzarət imkanları, demək olar ki, yoxdur. Azərbaycanda daşınmaz əmlakın vergiyə cəlb olunması müvafiq icra orqanı tərəfindən hələ optimallaşdırılmayıb. Qanunvericilikdə dəyişiklik edilməlidir ki, kirayə ev verən insanlar özləri vergiyə maraqlı olsunlar".

Yay fəslində bağ evlərinin qiymətinin artmaması üçün nə etmək olar?

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
Qaydaları bilsəniz, o suya baş vurmazsınız – Çimərliklərimiz niyə bu gündədir?

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hər il bağ və həyət evlərinin, villaların kirayə qiymətlərində artım müşahidə edilir: "Bu artımın qarşısını almaq mümkün deyil. Mövsümi xarakter daşıyır və 3-4 ay sonra yenidən əvvəlki qiymətinə verilir. Amma təəssüflə qeyd etməliyik ki, bu evlərdən hamı istifadə edə bilmir. Eyni zamanda, dövlət büdcəsinə heç bir ödəmə edilmir".

E.Fərzəliyev hesab edir ki, dənizkənarı ərazilərdə sanatoriyaların, dövlət hesabına tikilmiş az maliyyə tələb edən evlərin olması dövlət büdcəsinə də fayda verə bilər: "Düzdür, hazırda bir neçə sanatoriya var. Amma hər kəs onlardan istifadə edə bilmir. Bu, müəyyən güzəşti olan şəxslər üçün daha uyğundur. Ancaq bu tipli sanatoriyaların olması hamının istirahətini səmərəli şəkildə keçirməsi üçün vacibdir".

Xəbər lenti
0