CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik soğan məsələsinə aydınlıq gətirdi

© AFP 2023 / SEYLLOUQuru soğan, arxiv şəkli
Quru soğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kəskin istilər həm soğanı "bişirir", həm də yığım üçün sərf olunan iş saatını azaldır

BAKI, 10 iyul — Sputnik. Azərbaycanda soğanın sürətlə ucuzlaşmasına səbəb bu il məhsulun ötən illərlə müqayisədə bol olmasıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov ölkədə soğanın ucuzlaşmasının, nəticədə fermerlərin gəlirlərinin azalmasının səbəblərinə aydınlıq gətirərkən deyib.

Pomidor, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Pomidorun baha olmasının səbəbi açıqlandı - Azı bir həftədən sonra...

"Havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi. Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı "bişirir", həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərib. Amma qısa müddətə", - deyə Hüseynov bildirib.

O, qeyd edib ki, artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır.

"Bərdə, Ağdam və Beyləqandan olan fermerlərlə söhbətdən çıxan nəticə belədir ki, prosesin əvvəlində fermer, sonunda isə istehlakçı qazanır. Artıq istehlakçının, yəni alıcının qazanmağa başladığı mərhələdir" - Hüseynov əlavə edib.

Xəbər lenti
0