CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftəsonu dənizi unudun - Temperatur ciddi aşağı düşəcək

© Sputnik / Murad OrujovБакинский приморский бульвар, фото из архива
Бакинский приморский бульвар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dağ çaylarında sululuğun artacağı gözlənilir

BAKI, 10 iyul — Sputnik. "Sevindiricidir ki, iyul ayının birinci ongünlüyündə yayın qızmar istisi bizi sınağa çəkmir. Havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva danışıb.

O, qeyd edib ki, yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir: "Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun. Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər. Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir".

Xəbər lenti
0