23:29 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Dərs prosesi

Yay tətili qısaldılır - Nazirliyimiz öz məntiqincə ölçüb-biçdi

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
236 0 0

"Tədris ili iki həftə uzadılandan sonra kifayət qədər uzun - 3 aylıq yay tətili var"

BAKI, 10 iyul — Sputnik. "Bu müddətin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın "Pressinq" verilişində deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu, 11 il ərzində 55 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir.

Nazir qeyd edib ki, dəyişiklik hesabında Təhsil Nazirliyinin məntiqi odur ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək olur, bir günə düşən dərs yükü azalır: "32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddətin tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadılandan sonra kifayət qədər uzun - 3 aylıq yay tətili var".

C. Bayramov vurğulayıb ki, proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanıb. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb: "Tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edirik. Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir".

Əsas mövzular