CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal küləyi sərinlik gətirəcək

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi rayonlara yağış yağacaq, Bakıda külək əsəcək

BAKI, 7 iyul — Sputnik. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Qax rayonuna dolu yağıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daşkəsəndə diametri 12 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Xəbər lenti
0