10:10 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8943
BakıKart terminalı, arxiv şəkli

"Bakıkart" terminalları niyə xırda qəpikləri götürmür?

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
305 0 0

Sərnişinlər narazılıq edir, BNA isə “anlayın” deyir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Bakı sakinləri "Bakıkart" terminallarında kiçik sikkələrdən istifadə edə bilmirlər. Bu barədə sərnişinlər Facebook sosial şəbəkəsində paylaşımlar edərək narazılıqlarını ifadə ediblər. Sərnişinlər bildirirlər ki, "Bakıkart" terminallarında gediş haqqı kartının balansını artırarkən 3 və 5 qəpiklik sikkələrlə ödəniş etmək mümkün deyil. Onlar bunun dövlətin atributlarından biri sayılan milli pula hörmətsizlik hesab ediblər.

Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, 1, 3, 5 qəpik metal sikkələrin "BakıKart" satış yükləmə aparatları tərəfindən qəbul edilməməsi metal sikkələrə hər hansı münasibətdən irəli gəlmir: "Məsələyə sırf texniki baxımdan yanaşmaq daha münasibdir. Digər bir məsələ, hər bir layihəyə başlamazdan əvvəl uyğun analizlər aparılır, onun texniki və maliyyə xüsusiyyətləri müəyyən edilir".

M. Ağayev qeyd edib ki, "BakıKart" layihəsi reallaşarkən sərnişinlər tərəfindən istifadə edilən qəpik metal sikkələr və əskinaslar araşdırılıb: "Layihə çərçivəsində tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik sikkələrin və 1, 5, 10, 20, 50, 100 manatlıq bütün kağız əsginasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib".

Əsas mövzular