10:11 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8943
Uşaq bağçası, arxiv şəkli

Bakıda fəaliyyətsiz qalan uşaq bağçalarının sayı bilindi

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
17 0 0

Uşaq bağçalarının 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Bakıda məktəbəqədər təhsil müəssisələrində məskunlaşan məcburi köçkünlərin sayı açıqlanıb.

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, paytaxtda yerləşən, BŞİH-nin tabeliyində olan uşaq bağçalarının 107-də məcburi köçkünlər məskunlaşıb. İ.Kərimov bildirib ki, hazırda BŞİH-nin tabeliyində 346 uşaq bağçası var: "Bu uşaq bağçalarının 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb. Həmin ailələrin tərkibi 3569 nəfərdir".

İ.Kərimov bildirib ki, bu gün BŞİH-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində 2152 qrupda 40634 uşaq təhsil alır.

Əsas mövzular