CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava istirahət günləri özü üçün "məzuniyyət" planlaşdırır

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidЛетний дождь, фото из архива
Летний дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda külək əsəcək, rayonlara yağış yağacaq

BAKI, 5 iyul — Sputnik. Böyük və Kiçik Qafqazda fasilələrlə yağış yağacağı gözlənilir, qərb küləyi əsəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına istinadla xəbər verir ki, havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Goranboy rayonuna yağan dolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabahın havası bilindi - Dolu düşə bilər

Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0