CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt şossesində külli miqdarda siqaret aşkarlanıb

© AFP 2023 / DAVID EBENERSiqaret, arxiv şəkli
Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildə 18 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib

BAKI, 5 iyul — Sputnik. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0