CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan dolmasından bəhs edən kitab Almaniyada

© Sputnik / Kemale AliyevaПрезентация книги Таира Амирасланова под названием "Долма в азербайджанской кухне. 381 вид"
Презентация книги Таира Амирасланова под названием Долма в азербайджанской кухне. 381 вид - Sputnik Azərbaycan
Abunə olmaq
Kitabda Azərbaycanda keçirilən beynəlxalq festivallarda nümayiş etdirilmiş 381 növ dolmanın resepti əksini tapıb

BAKI, 4 iyul — Sputnik. “Gourmand World Cookbook Awards”ın qənaətinə görə, "Azərbaycan mətbəxində dolma. 381 növ" kitabı dünyanın üç ən yaxşı kulinariya kitabından biridir.

Kulinariya kitablarının beynəlxalq müsabiqəsi “Gourmand World Cookbook Awards” məşhur fransız Kuanto ailəsinin nümayəndələri tərəfindən keçirilir.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a kitabın müəlliflərindən biri, Yazıçılar Birliyinin üzvü, Milli Kulinariya Assosiasiyasının prezidenti, Mili Mətbəx Mərkəzinin rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi, "Şöhrət" ordenli, tarix elmləri doktoru Tahir Əmiraslanov deyib.

© Sputnik / Kemale AliyevaTahir Əmiraslanov "Azərbaycan mətbəxində dolma. 381 növ" kitabının təqdimat gecəsində çıxışı zamanı
Azərbaycan dolmasından bəhs edən kitab Almaniyada - Sputnik Azərbaycan
Tahir Əmiraslanov "Azərbaycan mətbəxində dolma. 381 növ" kitabının təqdimat gecəsində çıxışı zamanı

Kitab 2018-ci ildə "Şərq-Qərb" nəşriyyatında işıq üzü görüb. Orada 2016 və 2017-ci illərdə Azərbaycanda keçirilən beynəlxalq festivallarda nümayiş etdirilmiş 381 növ dolmanın resepti əksini tapıb. Kitabın ərsəyə gəlməsində gənc kulinariya mütəxəssisləri Azadə Musabəyli, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynur Əmiraslanova və Ağakərim Şamilzadənin də əməyi olub.

“Gourmand World Cookbook Awards” ilk dəfə 1995-ci ildə Eduard Kuantonun Frankfurt beynəlxalq kitab yarmarkasında təşkil olunub. Bu, dünyada yeganə müstəqil kulinariya kitabları ilə bağlı müsabiqədir. O, dünyada kulinariya kitabları və şərabların Oskarı adlanır. Mükafatın məqsədi oxuculara hər il buraxılan on minlərlə kulinariya və şərablar barədə kitablar arasından ən yaxşısını seçməyə yardım etməkdir. Mükafat eyni zamanda ən müxtəlif dillərdə yazılan kitablara dünyanın kitab bazarına düşmək imkanı verir.

Xəbər lenti
0