CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılara dəniz havası, rayondakılara - leysanla dolu

© AFP 2023 / MONIKA SKOLIMOWSKAЖенщина из-за жары сидит в кресле на озере Ваназее в Берлине
Женщина из-за жары сидит в кресле на озере Ваназее в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah güclü şimal-qərb və qərb küləyi əsəcək

BAKI, 4 iyul — Sputnik. İyulun 5-i üçün Azərbaycanda hava poqnozu açıqlanıb.

Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risk yaradır"

Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, şimal və cənub çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Люди производят платеж через терминал оплаты на станции бакинского метрополитена - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yayın istisində, qışın soyuğunda bizə əziyyət verirlər – Çarə də ki, hələ yox

Azərbaycanın rayonlarında isə iyulun 5-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 5-i axşamdan 7-si axşamadək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0