CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaşı ilə savaşdı, ov tüfəngiylə vurdu

© Sputnik / Rahim MuradovNövbətçi hissənin avtomobili
Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Əkin sahəsindəki davada qardaş qardaşı güllələdi

BAKI, 4 iyul — Sputnik. Şəmkir rayonunda qardaş qardaşı güllələyib.

Азербайджан, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəhşətli qətllərin təfərrüatı məlum oldu - RƏSMİ

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti
0