CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların yay "ezamiyyəti" - kimisi pulsuz, kimisi güzəştlə

© Sputnik / Vadim Zhernov / Mediabanka keçidДети играют в подвижные игры, фото из архива
Дети играют в подвижные игры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmkarların üzvü olan valideyn üçün uşağın 15 günlük tətil qiymətində 85% güzəşt olunur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 01 iyul — Sputnik. Əvvəllər uşaqlar üçün xüsusi yay düşərgələri var idi. Uşaqlar səbirsizliklə yay tətilinin başlamasını gözləyərdilər ki, bu düşərgələrdə istirahət etsinlər. Uşaq yay düşərgələri təkcə istirahət üçün deyil, eyni zamanda uşaqların dünyagörüşünün artması, sosiallaşması, təbiət biliklərinin artması və eyni zamanda asudə vaxtlarının tənzimlənməsində böyük rol oynayırdı. Uşaqlar bu düşərgələrdən qayıtdıqdan sonra öz təəssüratlarını bölüşür və yeni dərs ilinə daha gümrah başlayırdılar. Hazırda isə Azərbaycanda uşaq yay düşərgələri sayca az, qiymətcə bahadır. Və bu da vətəndaşların çox hissəsinin büdcəsinə uyğun gəlmir.

Дети, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqlarla bağlı vacib qanun yoxa çıxıb: Ombudsman Aparatı var deyir, Milli Məclis yox

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, hazırda uşaqların yay tətilinin səmərəli keçirilməsi üçün müəyyən qurumlar iş görür: ""Xaricdə yay məktəbi", "xaricdə yay düşərgəsi", "yay tətilində istirahətlə yanaşı, xarici dil öyrən" və s. bu kimi şüarlarla qarşımıza çıxan və məktəblilər üçün səmərəli yay tətili vəd edən özəl şirkətlər kifayət qədərdir. Ancaq çox az valideyn öz övladını tanımadığı və yeni fəaliyyətə başlamış belə şirkətlərə həvalə edə bilir".

Ə.Mansurov qeyd edib ki, dövlət uşaqların eyni səviyyədə istirahət etməsi üçün şərait yaratmalıdır. "Məsələn, sovet dövründə bütün uşaqlar eyni keyfiyyətdə uşaq düşərgələrində dincəlir, müəyyən biliklər əldə edirdilər. İndi də uşaqlar üçün belə yay istirahət düşərgələri təşkil edilsə, çox yaxşı olar. Düşünürəm ki, bu kimi yay məktəbləri və düşərgələr uşaqların yeni dərs ili üçün hazırlanmasına böyük stimul verər", - deyə o vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən 2018-ci ilin yay mövsümündə 30 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib.

Uşaq serebral iflici diaqnozlu gənc quş yuvalarını necə hazırlayır  - Sputnik Azərbaycan
VİDEO
Uşaq serebral iflici diaqnozlu gənc quş yuvalarını necə hazırlayır

Onun sözlərinə görə, bunlardan 3 min nəfəri həmkarlar ittifaqlarının sağlamlıq düşərgələrində dincəlib, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanılıb və yollayışlar (putyovkalar) verilib.

"AHİK-in tabeliyində olan sanatoriya-kurort müəssisələrində də uşaqların sağlamlaşdırılması və istirahəti təmin edilib, bu zaman ilk növbədə uşaqların müalicəyə olan ehtiyacı nəzərə alınıb. Onu da qeyd edək ki, istirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub", - deyə Ağamirov vurğulayıb.

Şöbə müdiri əlavə edib ki, 2019-cu ildə uşaq-sağlamlıq düşərgələrində dincələcək uşaqların sayının 3 min nəfərdən artıq olacağı gözlənilir: "Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkili nəzərdə tutulur. Buna misal olaraq, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı "Şahin" və Hövsan Olimpiya Kompleksində fəaliyyət göstərən "Cırtdan" uşaq-sağlamlıq düşərgələrini göstərmək olar.

"Şahin" uşaq-sağlamlıq düşərgəsinə bir yollayışın qiyməti 260 manatdır. Valideyn bu məbləğin 15 faizini, yəni 40 manat ödəyəcək. "Cırtdan" uşaq-sağlamlıq düşərgəsinə isə yollayışın qiyməti 400 manatdır. Burada isə valideyn 15 faiz olaraq 60 manat ödəyəcək".

Sağlamlıq düşərgələrinə yollayışlar ilk növbədə həmin müəssisələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək.

Волки, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Oğuzda canavar dörd nəfəri yaraladı - ikisi uşaqdır

N.Ağamirov əlavə edib ki, bu il uşaq-sağlamlıq düşərgələrində istirahəti təşkil olunması nəzərdə tutulan 3 mindən artıq uşağın 500 nəfəri yollayışdan tam güzəştlə - pulsuz - istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 2500 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər.

Düşərgələrdə istirahət müddəti bir növbə üçün 15 gün nəzərdə tutulub. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün istirahət düşərgələrində lazımi şərait yaradılıb.

Ümumiyyətlə, 2019-cu ildə həmkarlar ittifaqlarının xətti ilə 30 min nəfərdən artıq uşağın sağlamlaşdırılması və istirahəti nəzərdə tutulur.

Xəbər lenti
0