CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ancaq kişilərin işlədiyi xidmətdə bir gün - dəniz, sürət, qadağa - REPORTAJ

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Həyat gözlə qaş arasındadır, əsas məsələ - həmin məsafəni lazımi zamanda qət eləməkdir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 43 bölgədə xilasetmə məntəqəsi var. Sputnik Azərbaycan-ın əməkdaşı xidmətin Buzovna qəsəbəsində yerləşən məntəqəsindən reportaj hazırlayıb.

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
Ancaq kişilərin işlədiyi xidmətdə bir gün - dəniz, sürət, qadağa - REPORTAJ - Sputnik Azərbaycan
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi

Qeyd edək ki, xidmət iyunun 1-dən gücləndirilmiş iş rejiminə keçib. Ərazilərdə xəbərdarlıq lövhələri vurulub, xidmət əraziləri təmizlənib. Xilasedicilər hər gün səhər 9.00-dan 20.00-a qədər xidmət aparırlar.

Xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili əməkdaşımıza xilasedici olmağın şərtlərini açıqlayıb. Onun sözlərinə görə, xilasedici olmaq üçün 18-40 yaşlı, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, peşənin tələblərinə uyğun hazırlığı olan – üzməyi bilən kişilər sənədlərini təqdim edə bilərlər: "Xilasedici olmaq istəyən şəxslər xidmətə şəxsiyyət vəsiqəsi, əmək kitabçası, tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd, qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış, 3x4 ölçüdə iki ədəd qırmızı fonda şəkil təqdim etməlidirlər. Bizim xidmətdə xüsusi komissiya tərəfindən analiz aparılır, imtahanlar keçirilir, şərtlərə uyğun olan şəxslər seçilərək, onlara kurs keçilir. Kursu bitirdikdən sonra onlara xilasedici vəsiqəsi verilir".

Daha sonra xidmət əməkdaşları ilə birlikdə dənizə çıxırıq. Sahildən aralandıqca A. Əlili məhdudlaşdırıcı nişanları göstərib, üzmə dərinliyini izah edir. Onun sözlərinə görə, bu məsafə dənizdə 1,75 metrdir.

İkinci məhdudlaşdırıcı nişanlar isə skuterlərin hərəkəti üçün nəzərdə tutulub.

Aqşin Əlili burada bizə hidrosikllərin (skuter) fəaliyyətinin qanunvericiliklə necə tənzimləndiyi barədə danışır. Qeyd edir ki, qanunvericiliklə hidrosikllərin birbaşa çimərlik ərazilərinə birbaşa daxil olması ümumiyyətlə qadağandır.

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
Ancaq kişilərin işlədiyi xidmətdə bir gün - dəniz, sürət, qadağa - REPORTAJ - Sputnik Azərbaycan
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi

Belə ki, bu kiçik həcmli gəmilər çimərlik ərazilərində xüsusi ayrılmış zolaqlarda hərəkət etməlidirlər: "Bu gəmilər üçün xüsusi zolaq olmalı və həmin zolaq məhdudlaşdırıcı nişanların sonuna qədər uzanmalıdır.

Hidrosikllərin üzmə məsafəsi 800 metr təşkil edir. Yəni qanunvericiliyə görə, bu məsafədən uzağa üzməyə icazə verilmir. Hidrosikllərin idarə edilməsi üçün mütləq şəkildə sürücülük vəsiqəsi olmalıdır. Bu vəsiqə bizim xidmətdə keçirilən imtahanın nəticəsi olaraq verilir. Belə gəmiləri idarə edən şəxslər və sərnişinlər hamısı xüsusi xilasedici jiletlərlə təmin edilməlidirlər".

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
1/8
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
2/8

3/8

4/8

5/8

6/8

7/8

8/8

A.Əlili xilasedicilərin daha çox üzləşdikləri problemləri dilə gətirir: "Vətəndaşlar ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə əməl etmədikdə və xilasedicilər bununla bağlı onlara xəbərdarlıq edəndə bəzən kobud rəftarla üzləşirlər. Məsələn, küləkli havada suya girmək istəyən, sərxoş halda suya girmək istəyən, məhdudlaşdırıcı nişanları üzüb keçmək istəyən vətəndaşlara icazə verilmədikdə onlar buna biganə yanaşır və xilasedicilərin xidmətinə problem yaradırlar".

O bildirib ki, qanunvericiliyin tələbinə görə, küləkli havada suya girmək, çimərlik ərazisini məişət tullantıları ilə zibilləmək, spirtli içki qəbul edərək, sərxoş halda dənizə girmək, üzmə sərhədlərini müəyyən edən nişanları üzüb keçmək, çimərlik ərazisində balıq ovlamaq, suda kobud hərəkətlər etmək qadağandır.

Xəbər lenti
0