CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının köhnə binalarının hər yay yenilənən dərdinə 20 manatlıq çarə

© Sputnik / Irade JELILЗдание начали строить в 2008 году
Здание начали строить в 2008 году - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlər Mənzil İstismar Sahələrindən kömək gözləyir, onlarsa "pul yoxdur" deyirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Havalar isinər-isinməz köhnə yaşayış binalarının zirzəmilərindəki problem yenidən gündəmə gəlib. Köhnə binalarda yaşayan paytaxt sakinləri yay gələndən binaların zirzəmilərini üfunət iyi və ağcaqanadların bürüdüyündən şikayətlənirlər. 

Malyariya ağcaqanadı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - AÇIQLAMA
Onların iddiasına görə, son illər Mənzil İstismar Sahələri binaların zirzəmilərini tam nəzarətsiz qoyub. İllər öncə köhnə binaların zirzəmiləri həşəratlara görə dezinfeksiya edilsə də, beş ildən çoxdur ki, qrunt və kanalizasiya suları ilə dolan zirzəmilər təmizlənmir.

Sputnik Azərbaycan problemi araşdırıb. Öncə müxtəlif rayonlarda ərazi üzrə Mənzil İstismar Sahələri (MİS) ilə məsələni aydınlaşdırmağa çalışdıq. MİS-lərdən Sputnik Azərbaycan-a təsdiqlədilər ki, köhnə yaşayış binalarının zirzəmilərinin dezinfeksiyası illərdir ki, aparılmır. MİS-lər bunun səbəbini maliyyə vəsaitinin olmaması ilə əlaqələndirdilər.

Sputnik Azərbaycan-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi İsrafil Kərimov isə bildirdi ki, artıq MİS-lərin köhnə  yaşayış binalarının zirzəmilərini dezinfeksiya etməyə vəsaiti yoxdur. Ona görə də bu işi görmək elə sakinlərin öz üzərinə düşür:

"Sakinlər yerli rayon dezinfeksiya idarələri ilə müqavilə bağlamalı, ödəniş etməlidirlər ki, həmin qurum da gəlib zirzəmini dezinfeksiya etsin. MİS-lər bu işdə sakinlərə ancaq köməkçi ola, yəni onlara dezinfeksiya idarələri ilə əlaqə yaratmağa kömək edə bilərlər. Amma MİS-lərin özlərinin yaşayış binalarının zirzəmilərini dezinfeksiya etməyə pulu yoxdur".

Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov da problemi ancaq sakinlərin özünün aradan qaldırmalı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, "Bakı Şəhər Dezinfeksiya Stansiyasının Rayonlararası Bölməsi" MMC-lər pullu xidmət göstərir. Sakinlər bu MMC-lərə zirzəmilərin dezinfeksiyası üçün müraciət etməli, zirzəminin kvadratına uyğun məbləği ödəməlidirlər ki, onlar da gəlib həmin binada dezinfeksiya işləri aparsın. Amma A. Məmmədov sakinlərin çox nadir hallarda zirzəmilərin dezinfeksiyası üçün müraciət etdiklərini söyləyir. Onun sözlərinə görə, bu xidmət sovet dövründə də pullu olub: "Həmin dövrdə MİS-lərə maliyyə ayrıldığından, vəsait ödənildikdən sonra zirzəmilər dezinfeksiya edilirdi. Son illər isə bu işi görmək sakinlərin öz üzərinə düşüb. Amma təəssüf ki, nə köhnə, nə yeni binalarda buna maraq göstərən var".

Ağcaqanad - Sputnik Azərbaycan
Ağcaqanad insan nəslinin bir hissəsini qıracaq

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə bildirir ki, MİS-lər mənzil idarəetməsi ilə bağlı sakinlərlə heç bir müqavilə bağlamayıb. Ona görə də, köhnə binalarda mənzillərin idarəçiliyi hələ "havada" qalıb: "Bu işi sakinlər, yaxud da bələdiyyələr öz üzərlərinə götürə bilər. İllər öncə MİS-lər sakinlərdən, cüzi də olsa, vəsait toplayırdılar. Amma bu məbləğ də binaların saxlanılmasına adekvat deyildi. Ona görə də indi çıxış yolu ancaq ondan ibarətdir ki, ya MİS-lərə bunun üçün vəsait ayrılsın, yaxud da sakinlər bu məbləği özləri qarşılasınlar".

R. Osmanlının sözlərinə görə, problemin kökündə dayanan əsas məsələ köhnə yaşayış binalarının su və kanalizasiya xətlərinin də köhnə olmasıdır: "Ona görə də zirzəmilər su ilə dolur. Bu isə ağcaqanadların yaşamasına münbit şərait yaradır. Binaların zirzəmilərinin dezinfeksiyası ilə yanaşı, problemi yaradan bu səbəbi həll etmək lazımdır. Çox təəssüf ki, yeni qəbul olunmuş Mənzil Məcəlləsində köhnə binaların idarəçiliyi məsələsinə yer ayrılmayıb. Ona görə də sakinlər özləri bu problemin həlli üçün aidiyyatı qurumlara müraciət etməlidirlər".

Sputnik Azərbaycan-ın apardığı araşdırma nəticəsində üzə çıxıb ki, yaxın gələcəkdə paytaxtda köhnə binalarda yaşayanların zirzəmilərlə bağlı narahatlığı tam aradan qalxacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, köhnə yaşayış binalarının su və kanalizasiya xətləri 2013-cü ildən etibarən "Azərsu"ASC-nin balansına verilib.

Nizami Mirzəyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kimsəsiz zirzəmidə bitən ömür: 22 il məhbus həyatı yaşayan şəxsin acı hekayəsi - REPORTAJ
 Elə o vaxtdan da həmin binalarda su xətlərinin yenilənməsinə başlanılıb: "Su xətlərinin pilləkən qəfəslərinə çıxarılması ilə bağlı xeyli iş görülüb. Respublika üzrə 5 min yaşayış binasının su xətləri dəyişdirilərək pilləkən qəfəsinə çıxardılıb. Kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində də iş aparılıb. Bu ilin 5 ayında 100 yaşayış binasının kanalizasiya xətti yenilənib. İlin sonunadək daha 100-dən çox binanın kanalizasiya xətti yenilənəcək. Hazırda köhnə yaşayış binaları ilə bağlı araşdırma aparılır. Respublika üzrə 9 mindən çox köhnə yaşayış binası var ki, həmin binalarda da su və kanalizasiya xətlərinin yenilənməsi işi mərhələli şəkildə davam etdiriləcəkdir".

Köhnə yaşayış binalarının su və kanalizasiya xətləri tam yenilənənə qədər isə sakinlər ağcaqanadlardan və üfunət iyindən qurtulmaq üçün ərazi üzrə "Bakı Şəhər Dezinfeksiya Stansiyasının Rayonlararası Bölməsi" MMC-lərlə müqavilə bağlamalıdırlar.

"Bakı Şəhər Dezinfeksiya Stansiyasının Nərimanov Rayonlararası Bölməsi" MMC-dən bildirdilər ki, köhnə yaşayış binasının bir blokunun zirzəmisinin dezinfeksiyasının qiyməti 20 manatdır. Özəl şirkətlərdə isə qiymət 30 manat təşkil edir.

Xəbər lenti
0