CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğurlanan milyonluq saat kimindir? – Açıqlama gəldi

© AP Photo / Kin CheungSaat, arxiv şəkli
Saat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
AAYDA məlumatın yalan olduğunu və iftira xarakteri daşıdığını bildirib

BAKI, 27 iyun — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün bəzi KİV-lərdə agentliyin rəhbəri Saleh Məmmədovun oğlunun 2,5 milyon manatlıq saatının itirilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb. Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosial yönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütəmadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar.

Məlumatda qeyd edilib ki, bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King"s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.

"Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir" – deyə qeyd edilib.

Xəbər lenti
0