CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagird yerdəyişməsi elektronlaşdırılır

© AFP 2023 / Jure MakovecКлассная комната, фото из архива
Классная комната, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini istənilən vaxt ala bilərlər.

BAKI, 26 iyun — Sputnik. Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.

Xəbər lenti
0