14:32 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

Azərbaycanlı fotoqrafla zamanın dayandığı şəhərə səyahət - FOTOREPORTAJ

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1585 0 0

Fotoqraf Orxan Əzim öz təəssüratlarını Sputnik-ə bölüşüb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. 1986-cı ildə Ukraynanın Çernobıl şəhərində yerləşən Atom Elektrik Stansiyasında dəhşətli qəza baş vermişdi. Həmin olayda yaralananların ümumi sayı bu günədək mübahisəli məsələ olaraq qalır. BMT-nin araşdırmalarının birində ölənlərin sayı 4 min, "Greenpeace" təşkilatının araşdırmasında isə 200 min göstərilir. Qəza nəticəsində ətraf ərazilərə şüaların yayılması isə xərçəng kimi bir sıra təhlükəli xəstəliklərin yaranmasına yol açıb. Bəzi araşdırmalarda qeyd olunur ki, həmin ərazidəki təhlükə ən azı 3 min il ərzində sovuşmayacaq. Bu səbəbdən də Çernobıla getmək hələ də riskli sayılır. Bütün bunlara baxmayaraq, fotoqraf Orxan Əzim 2016-cı ildə həmin əraziyə gedib. Sputnik Azərbaycan-ın əməkdaşı daş xatirələrə toxunan, 1986-cı ildə qalan tarixə baş çəkən fotoqraf Əzimlə müsahibə təşkil edib.

Выставка фотографа Орхана Азима, посвящённая аварии на Чернобыльской АЭС
© Sputnik / Murad Orujov
Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

- Necə oldu ki, birdən-birə oraya getməyi qərara aldınız?

- Çernobıl məni daha çox cəlb edən 5 ərazidən biri idi. Çoxdan bu ideyanı gerçəkləşdirmək istəyirdim. 2015-ci ildə fikrimi qətiləşdirərək Çernobılla bağlı bir sıra araşdırmalara başladım. Qarşılaşa biləcəyim, başıma gələcək risk və qorxuların nədən ibarət olacağı haqda məlumatlı ola-ola da qərarımdan vaz keçmədim. Bütün dost-tanışlarımın məni fikrimdən daşındırmağa çalışmalarına baxmayaraq 2016-cı ildə Çernobıla getdim.

- Qayıtdıqdan sonra özünüzdə nə kimi dəyişikliklər hiss etdiniz?

- Əslində elə də ciddi dəyişikliklər olmadı. Amma bununla belə bu səfərin tamamilə fəsadsız ötüşdüyünü də deyə bilmərəm. Bakıya qayıtdıqdan sonra saçım tökülməyə başladı, müəyyən allergik reaksiyalar yarandı.

Выставка фотографа Орхана Азима, посвящённая аварии на Чернобыльской АЭС
© Sputnik / Murad Orujov
Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

- O ərazidə yaşayanlar var idi?

- Pripyat şəhərinin özündə olmasa da, Çernobılın ətrafında balaca yaşayış qəsəbələrində yaşayanlar var idi. Vaxtilə Çernobıl və ətrafdakı şəhərlərin yaşlı əhalisi merə ünvanladıqları məktubda şəhər həyatına alışa bilmədiklərini və bu səbəbdən də öz doğma torpaqlarına qayıdaraq ölənədək orada yaşamaq istədiklərini bildirmişdilər. Bunun üçün onlara icazə verilmişdi. Yəni orada cavan adamlara rast gəlmək mümkünsüz idi.

- Deyirlər ki, yayılan şüalar müxtəlif onkoloji xəstəliklərə səbəb olur.

- Düzü, oradakı əhaliylə o qədər də çox ünsiyyət qura bilmədiyim üçün bu haqda məlumatsızam. Amma sevindirici bir haldır ki, həmin səfərin mənim üçün heç bir onkoloji fəsadı olmadı.

- Bir fotoqraf gözü ilə baxsaq, Çernobılda maraqlı olan nə idi?

- Kimsə SSRİ-ni görmək istəyirsə, Çernobıla getməlidir. Binalar, arxitektura, mozaikalar SSRİ-də olduğu kimi qalmışdı, zaman dayanmışdı. Çernobılda olarkən mən 1986-cı ilə səyahət etdim. Burada hansısa müasirlikdən söhbət belə gedə bilməzdi.

Выставка фотографа Орхана Азима, посвящённая аварии на Чернобыльской АЭС
© Sputnik / Murad Orujov
Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

- Başqa hansı amillər diqqətinizi çəkdi?

- Maraqlı məqamlardan biri də oradakı yaşıllıq idi. Həmin ərazilərdə ağaclar həddən artıq çox idi, ağacların 80 faizi yaz aylarında çiçəkləmışdi.

- Şəhərdə illər öncəki qəzanın fəsadları duyulurdu?

- Hadisənin fəsadlarını binaların divarlarının qabar-qabar olmasında, məktəbdə döşəmənin yerindən qopmasında, şüşələrin sınmasında da görmək mümkün idi. Bundan başqa, havanın təmizliyinə də sirayət etmişdi.

- Çernobılda olduğunuz zaman daha nələri gördünüz?

- Pripyat şəhərində böyük supermarketlər olsa da, orada daimi yaşayış yox idi. Bu hadisədən ən çox ziyan çəkən həmin şəhər Çernobıldan 7 kilometr aralıqda yerləşir. İnsanlar oraya yalnız zavodlarda işləmək üçün gəlir, iş vaxtı bitdikdən sonra isə qayıdırdılar. Həmin işçilərə görə ərazidə polis bölməsi, restoran və mağazalar fəaliyyət göstərir.

Выставка фотографа Орхана Азима, посвящённая аварии на Чернобыльской АЭС
© Sputnik / Murad Orujov
Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

- Ümumilikdə səfəriniz neçə gün çəkdi?

- Səfərim 2 gündən artıq oldu. Çernobılla yanaşı, Pripyat və ona yaxın digər şəhərlərdən də fotolar çəkdim.

- Bəs səfər müddətində harada qidalanırdınız?

- Çernobıldan aralıda işçilər üçün xüsusi restoranlar fəaliyyət göstərirdi. Səfərdə olduğum müddətdə elə o restoranlarda qidalanırdım.

  • Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

1 / 12
© Sputnik / Murad Orujov
Fotoqraf Orxan Əzimin Çernobıl AES-də baş vermiş partlayışa həsr olunmuş sərgisi

- Növbəti səyahətinizi hansı əraziyə planlaşdırırsınız?

- Bundan sonra Suriyaya getməyi düşünürəm. Bu səfərdə məqsədim müharibə və onun yaratdığı fəsadları canlandırmaqdır.

- HBO-nun son zamanlar səs-küyə səbəb olan "Çernobıl" serialı ilə bağlı nə deyə bilərsiniz?

- Düzü, serialdakı prosesin necə gedəcəyini öncədən ehtimal etdiyim üçün süjet xətti mənim üçün bir o qədər də maraqlı gəlmədi. Amma çox uğurlu serialdır.

Qeyd edək ki, 2012-ci ildən etibarən peşəkar fotoqraf kimi fəaliyyətə başlayan Orxan Əzimin ötən günlərdə Çernobıla həsr olunan ikinci sərgisi keçirilib.

Əlaqədar

Azərbaycan serialları niyə “Çernobıl” ola bilmir - Orxan Bahardırsoy danışır
Çernobılda turist bumu: Tülkü "blogger", XİN rəhbəri və "Giriş bağlıdır"
Çernobıl əlillərinin mənzil təminatı üçün yeni layihə hazırlanır - EKSKLÜZİV
HBO-nun "Çernobıl"ına Azərbaycandan reaksiya: "Təhrif ediblər"

Əsas mövzular