CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava 10 ilin rekordunu təkrarladı - 4 gün də gözləyin

© REUTERS / Mike Hutchings / Mediabanka keçidДень летнего солнцестояния
День летнего солнцестояния - Sputnik Azərbaycan
Abunə olmaq
Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb

BAKI, 25 iyun — Sputnik. "Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq".

Qax rayonuna dolu yağıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mətin əsgərlərimizə hava sınağı: bayram günü dolu yağacaq

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Direktor bildirib ki, iyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq.

"Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstəricisi yeniləndi. 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək, iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Keçən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub".

Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir

"Temperaturun 1.4 dərəcə artması nə fəsadlar verə bilər və bunu iqlim dəyişmələrinin fəsadı hesab etmək olarmı" sualına Umayra Tağıyeva cavab olaraq bildirib ki, bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur: 
“Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: Bakıda 37, Abşeron yarımdasında 39,6, aran rayonlarında isə 40-42 dərəcə isti, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Lənkəranda qadının təmiz hava almaq istəyi faciə ilə bitdi

Azərbaycanda son illərdə orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır.
Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Xanımlar uşaqları günəşdən qorusunlar, yaşlı insanların günəşin altında olmaları məsləhət deyil".

Külək dadımıza yetəcək

"Əhaliyə hava şəraiti ilə bağlı təsəlliedici bir xəbər vermək istərdim. Bakı-Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyun ayının 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək", - U.Tağıyeva əlavə edib.

Departament direktoru təbii fəlakətlərdən də danışıb: "Ümumiyyətlə, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir. Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər.

Крупный рогатый скот застрял в паводковой воде в Thorpe Culvert, в Линкольншире - Sputnik Azərbaycan
Leysan yağışları Britaniyanın şərqini vurdu

Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır".
"Buna cavab olaraq biz nə edə bilərik? Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”, - U.Tağıyeva fikrini yekunlaşdırıb.

Xəbər lenti
0