CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirməmməd Hüseynov dəfn olundu

© TRENDŞirməmməd Hüseynovla vida mərasimi keçirilib
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan görkəmli alimini itirdi

BAKI, 25 iyun — Sputnik. Görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynov dəfn olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

© TRENDŞirməmməd Hüseynovla vida mərasimi keçirilib
Şirməmməd Hüseynov dəfn olundu - Sputnik Azərbaycan
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilib. Vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Vergilər naziri Mikayıl Cabbarov, MSK sədri Məzahir Pənahov, AMEA prezidenti Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Şirməmməd Hüseynovla bağlı xatirələrindən söz açıblar.

© TRENDŞirməmməd Hüseynovla vida mərasimi keçirilib
Şirməmməd Hüseynov dəfn olundu - Sputnik Azərbaycan
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

Məlumat üçün bildirək ki, Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü il tarixində Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhər ikiillik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə mətbuat tarixi kafedrasının müdiri vəzifələrini icra edib. 1988-ci ildən mətbuat tarixi kafedrasının professoru olub. Bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən olan professor Şirməmməd Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən "Şərəf" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti
0