CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətin əsgərlərimizə hava sınağı: bayram günü dolu yağacaq

© Sputnik / Shahperi AbbasovaQax rayonuna dolu yağıb
Qax rayonuna dolu yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 26-sı - Milli Ordu Günü - üçün hava proqnozu açıqlanıb

BAKI, 25 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq.

Yemək, günəş, dəniz... Bakıda orqanik məhsullar festivalı keçirilir  - Sputnik Azərbaycan
VİDEO
Yemək, günəş, dəniz... Bakıda orqanik məhsullar festivalı keçirilir

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0